Ana səhifə / Birgə fəaliyyət müqaviləsi

Birgə fəaliyyət müqaviləsi

 

Müqavilə № ______

 

Bakı şəhəri                                                                                           19 noyabr 2019

 

Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar Mərkəzi (bundan sonra MƏFAM) ilə bağlı birgə fəaliyyət haqqında bu müqavilə (bundan sonra “Müqavilə” adlandırılacaq), bir tərəfdən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının Sədri şəxsində  Hamlet İsaxanlı Abdulla oğlu (bundan sonra Təşkilatçı adlandırılacaq), digər tərəfdən NAB Holdinqin Vitse-prezidenti şəxsində Mohəqqeq Oromi Şəhram İbrahim oğlu (bundan sonra Himayəçi adlandırılacaq) arasında bağlanılmışdır.

 

Tərəflər aşağıdakılar barədə razılığa gəlirlər:

 

  1. Müqavilənin predmeti

 

1.1. Təşkilatçı və Himayəçinin birgə fəaliyyətinin predmetini MƏFAM-ın təsis və idarə olunması, eləcə də öhdəliklərin bölünməsi təşkil edir.

 

  1. Əsas müddəalar

 

2.1 “Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar Mərkəzi” qısaca “MƏFAM”, heç bir siyasi partiya və cərəyana, eləcə də, heç bir dini cərəyana, məzhəbə və topluma aid olmayan müstəqil araşdırma mərkəzidir;

2.2 “MƏFAM”, Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Xəzər Universitetinin nəzdində təsis olunur;

2.3 “MƏFAM”, Xəzər Universitetinin digər araşdırma mərkəzləri kimi universitet tərəfindən idarə olunur;

2.4 “MƏFAM” ın İdarə Heyəti bu mərkəzin baş ofisindən başqa, ölkənin müxtəlif regionlarında və digər xarici ölkələrdə şöbə açılması və digər mövzularla bağlı qərar qəbul etmək və ya mövcud qərarları ləğv etmək hüququna malikdir;

 

  1. Tərəflərin hüquq və öhdəlikləri

 

3.1 Təşkilatçının öhdəlikləri

 

3.2 Universitet daxilində “MƏFAM” üçün  iş yerinin ayrılması;

3.3 Mərkəzə gələn qonaqların qarşılanması və yerləşdirilməsi;

3.4 Kitabların , məqalələrin və digər materialların hazırlanması və çap edilməsi;

 

3.5 Himayəçinin öhdəlikləri

 

3.6 Qonaqların gediş-gəliş xərclərinin təmin olunması;

3.7 “MƏFAM” üçün ayrılmış iş yerinin lazımi avadanlıqlarla təmin olunması;

3.8 Mərkəzə koordinatorun təyin olunması (Birinci il koordinatorun aylıq maaşı himayəçi tərəfindən ödəniləcək. Bir ildən sonra mərkəz orda araşdırma işləri ilə məşğul olan tədqiqatçılar tərəfindən idarə olunacaq);

3.9 Mərkəzin loqosunun seçilməsi üçün müsabiqənin keçirilməsi;

3.10 Kitabların, məqalələrin və digər materialların çap xərclərinin (birinci il) qarşılanması.

 

  1. MƏFAM-ın fəaliyyət sahələri

 

5.4 Müxtəlif qrantların alınmasından əldə edilə vəsait.

 

 

Təşkilatçı:

 

Hamlet İsaxanlı Abdulla oğlu

Xəzər Universitetinin təsisçisi,

Direktorlar və Qəyyumlar Şurasının Sədri

 

İmza:_______________                                                 Tarix ___________________

 

Himayəçi:

 

Mohəqqeq Oromi Şəhram İbrahim oğlu

NAB Holdinqin Vitse-prezidenti

 

İmza: ______________                                                              Tarix __________________